Bakıdakı ilanlar bu yolla şəhərə gəlibmiş (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |    

Bakıdakı ilanlar bu yolla şəhərə gəlibmiş (AÇIQLAMA)

Son günlər Bakının müxtəlif yerlərində ilanlar görünməyə başlanıb.

Modern.az-a danışan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Zoologiya İnstitutun üzvü, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, şəhər mühitində yəni sıx məskunlaşma olan, asfalt döşənmiş yerlərdə ilanların yaşaması üçün əlverişli deyil:

"İlanların yaşaması üçün kol-kos, daş-qaya, təbii və qeyri-təbii sığınacaqlar olmalıdır. Çünki ilanlar gizlin həyat tərzi keçirir. Eyni zamanda burada qidalanma ilə bağlı da məsələ var ki, bu da onların yaşaması üçün əsas şərtlərdəndir. Onlar siçovul, kərtənkələ, qurbağa, quşlar bəzən də digər ilanlarla qidalanırlar. Ona görə də bu kimi heyvanların yaşadıqları yerlərdə məskunlaşırlar. Bu şərait olmayan yerlərdə ilanlar yaşaya bilmir”.

Bəs ilanlar şəhərin mərkəzinə haradan gəlib çıxır?

O bildirib ki, bu ilanların şəhərə gəlməsinin bir neçə səbəbi var:

"İlk səbəbi tikinti obyektləridir. Oraya şəhərdən kənar ərazilərdən daş, qum materialları daşınır. Bu daşınan materiallar arasında ilanlar da şəhərə gələ bilirlər. Digər bir yol isə insanların özləridir. Belə ki, insanlar yayda çimərliklərə gedirlər. Bu zaman sahildə yaşayan ilanlar avtomobilin müxtəlif hissələrinə girir və şəhərə qədər gəlib çıxırlar”.

T.İsgəndərovun sözlərinə görə, insanlar bu şəhərdə ilan görən zaman təbii ki, çaşqınlıq yaşayırlar:

"Şəhərdə görünən ilanlar ancaq qeyd etdiyim hallarda gəlib çıxa bilərlər. Bunun xaricində şəhərin içərisində ilan yaşamır, çünki onların yaşaması üçün şərait yoxdur. Təsadüfən gəlib çıxanda isə insanlara rast gələcək və məhv ediləcək. Dənizkənarı Bulvar ərazisində də su ilanları görünə bilər. Onlar da gizlənmək yaxud yem axtarmaq üçün sahilə yaxınlaşa bilərlər. Amma sadəcə olaraq sahilə yaxın ərazidə görülürlər.Yəni narahat olmaq üçün hansısa əsas yoxdur. Sadəcə olaraq qeyd etdiyim mövzularda diqqətli olmaq lazımdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            198 09.09.24 19:43