Azərbaycanda mərkəz direktoru cərimələndi - Hansı qaydanı pozub? » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |    

Azərbaycanda mərkəz direktoru cərimələndi - Hansı qaydanı pozub?

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Caləlov cərimələnib.

"Qaynarinfo"nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Mirələm Caləlova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Mirələm Cəlalov dövlət qurumunun qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Elməddin Hüseynovun icraatındadır.

Mirələm Cəlalov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2023-cü ildən rəhbərlik edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 09.09.24 16:56