Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:33 KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək  |     22:16 Britaniyalı supermodel: Bakı səfərim əla keçdi  |     22:07 ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi  |     21:55 Azərbaycan Rusiyaya nota verdi  |     21:45 İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - VİDEO  |     21:38 Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər  |     21:27 Moldovada Prezident Sandu canlı efirdə olarkən zəlzələ baş verib - VİDEO  |     21:13 Bu bürclərin atdığı hər addım şansla dolu olacaq  |     21:05 Qaynar çay içənlərə XƏBƏRDARLIQ: Dil xərçənginə səbəb olur  |     20:43 Gürcüstan - Rusiya sərhədi bağlanacaq  |     20:24 Ağdamda 18 yaşlı oğlan HƏMYAŞIDINI BIÇAQLADI  |     20:00 Rumıniyada zəlzələ baş verdi  |     19:13 Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək  |     18:51 "Milan"ın ulduzu dörd ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq  |     17:58 Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman  |     17:13 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək, temperatur 3-6 dərəcə aşağı enəcək  |     16:41 Azərbaycan Tibb elminə ağır itki üz verib  |     16:11 Tərtərdə altı nəfərlik dəstə həbs olundu: Aralarında sabiq deputatın qohumu da var  |    

Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Bakının bir sıra küçə və prospektlərində 7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00 - dək nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək", - məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            198 07.09.24 20:24