Bakıda bu dönərxananın fəaliyyəti məhdudlaşdırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:30 Sabah Bakının üç qəsəbəsində qaz olmayacaq  |     18:18 Ədliyyə nazirinin vətəndaş qəbulunun vaxtı dəyişib  |     17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |    

Bakıda bu dönərxananın fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində fəaliyyət göstərən fiziki şəxs Şirinov Elşən Yolçu oğluna məxsus dönərxanada yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, eyni zamanda dönər hazırlanması prosesində çalışan işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri (əlcək, önlük, saç toru və s.) ilə təmin edilmədiyi aşkarlanıb. Bundan başqa, qida obyektində mütəmadi təmizlik işləri, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin sağlamlıq arayışı ilə təmin olunmadığı, habelə köməkçi sahədə quraşdırılmış yuma çanağının antisanitar vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib.

Aşkar olunan nöqsanlarla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            324 05.08.24 22:17