Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:46 İsrail ordusu Qəzzada yeni hərbi əməliyyatlara başladı  |     14:45 Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaq  |     14:42 Azərbaycanda ən qalmaqallı verilişlərdən biri bağlandı  |     14:40 Bakıda qanunsuz miqrasiyaya qarşı ƏMƏLİYYAT - Saxlanılanlar var ( FOTO + VİDEO)  |     14:39 Milli Məclis şəhid ailələrinin hüquqlarının artırılması ilə bağlı qanunu TƏSDİQLƏDİ  |     14:37 Bəzi şəxslər 13 min manat cərimələnə bilərlər  |     14:36 İrandan külli miqdarda narkotiki ölkəmizə gətirən dəstə üzvləri HƏBS EDİLDİLƏR  |     14:09 Azərbaycanda 17 yaşında evlilik qadağan edilir  |     13:56 Slovakiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı artıb  |     13:47 Ramin Hacılının cəzası azaldılıb  |     13:46 Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edildi - SİYAHI  |     12:50 Bakıda baş verən güllələnmə hadisəsinin bəzi detalları - VİDEO  |     12:24 Azərbaycanda bu şəxslərə hər ay PUL VERİLƏCƏK  |     12:14 Parlament iriqabaritli avtomobillərin artıq yüklənməsinə görə cərimələrin artırılmasına "Hə" dedi  |     12:04 Arvadından ayrılan kişi canına qəsd etdi  |     12:02 Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı  |     12:00 Karlo Ançelotti Arda Gülerlə bağlı qərarını verdi  |     12:00 Hacıqabulda sel nəticəsində köməksiz qalan vətəndaşların təxliyə görüntüləri - VİDEO  |     11:58 İcra başçısının müavini olmaq istəyən qohumundan 111 min alıb aldatdı  |     11:57 Azərbaycanəsilli şəxs Ukraynada həlak oldu  |    

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (ikinci cəhd) nəticələri elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu "7727" nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1373 namizəddən 59 nəfəri imtahana gəlməyib. 436 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 246 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 23-də keçirilən imtahanda 84 nəfər bu ilin, 106 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 190 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 442 namizəd də birbaşa ikinci mərhələyə - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 25 iyun saat 10:00-dan 26 iyun saat 17:00-dək müraciət edə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            228 24.06.24 16:50