İcra başçısının müavini olmaq istəyən qohumundan 111 min alıb aldatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

İcra başçısının müavini olmaq istəyən qohumundan 111 min alıb aldatdı

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vətəndaş Aqil Zeynalov digər şəxslə əlbir olaraq əmisi oğlu Elçin Zeynalovdan 111 min manat alıb.

A.Zeynalov və əlbir olduğu şəxs zərərçəkənə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova birinci müavin təyin olunacağı barədə yalan vəd veriblər. İşin reallaşması üçün isə ondan pul alıblar.

Elçin Zeynalov əvvəllər Ağcabədi rayonunda icra strukturunda işləyib. Sonradan pul qarşılığında icra başçısının birinci müavini olmaq istəyib. Bunun üçün o, əmisi oğlu vasitəsilə tanıdığı, özünü yaxşı əlaqələri olan şəxs kimi təqdim edən digər təqsirləndirilənlə əlaqəyə keçib.

Xeyli vaxtdır, axtarışda olan Aqil Zeynalov bir neçə gün əvvəl saxlanılıb. Prokuror onun həbs edilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

Hakim Gültəkin Əsədovanın qərarı ilə A.Zeynalov haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olmaqda şübhəli bilinən şəxsin isə axtarışı davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 28.06.24 11:58