Ramin Hacılının cəzası azaldılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Ramin Hacılının cəzası azaldılıb

Dələduzluqda ittiham olunan ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya vəkili Rəşad Əliyev məlumat verib.

Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.

Bundan başqa prokurorluğun verdiyi protest təmin olunmayıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.

İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 28.06.24 13:47