Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş polis əməkdaşını baltalayaraq qətlə yetirdilər - DETALLAR

20.06.2024 22:48 2 751
Keçmiş polis əməkdaşını baltalayaraq qətlə yetirdilər - DETALLAR
Ötən ilin iyun ayında Biləsuvar rayonunda keçmiş polis əməkdaşı 1983-cü il təvəllüdlü Bayram Bayramovu balta ilə qətlə yetirən Fəxrəddin Həsənovun məhkəməsi başa çatıb.

Median.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1971-ci il təvəllüdlü F.Həsənov Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə, qanunsuz azadlıqdan məhrumetmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, Fəxrəddin Həsənov ailədə həyat yoldaşına qarşı da bir neçə dəfə zorakılıq əməlləri törədib.

Hadisəyə gəlincə, F.Həsənov yaşadığı qəsəbənin ərazisindəki çayxanada Bayram Bayramova qəfil yaxınlaşaraq balta ilə onun başına zərbə endirib. Ağır xəsarət alan 40 yaşlı keçmiş polis əməkdaşı hadisə yerində ölüb.

Məhkəmədə sənədlərin araşdırılması zamanı qətlə yetirilən B.Bayramovun hadisədən əvvəl daxili işlər orqanlarından xaric edilməsi də məlum olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Həsənova 19 il həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner