Xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə 20 manatdan baha satılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:43 Toylarda zəhərlənmələr əsasən paytaxt salatından olur - AÇIQLAMA (VİDEO)  |     11:37 Suriya Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa hazırdır  |     11:32 Azərbaycanın Xalq artisti həyat yoldaşından ayrıldı - FOTO  |     22:59 Qısqandığı üçün dəhşət saçdı: Münasibətdə olduğu qadını və 25 yaşlı oğlanı qanlarına qəltan etdi  |     22:55 Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  |     22:47 Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob - VİDEO  |     22:40 Bakıda "Metro Park"ın qarşısında güllələnmənin DETALLARI: "İki oğlan bir qızı sevirmiş"  |     22:28 İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb  |     22:24 Hansı ayaqqabı ilə maşın sürmək olmaz?  |     22:18 Obrayen Azərbaycana gəlir  |     22:11 ABŞ bu ölkədə 6 ədəd F-35 göndərir  |     22:05 Bakı həbsxanasında ÖLÜM  |     21:59 Qarpızı xarab olmamaq üçün belə saxlamaq lazımdır  |     21:48 2025-ci ildə süni intellektə malik daha ağıllı avtomobillər istehsal olunacaq  |     21:43 Həddindən artıq ağrıkəsici qəbulu orqanizmdə nələrə səbəb olur? - Mütəxəssis AÇIQLADI  |     21:39 Avropada ən çox satılan 10 smartfon  |     21:21 Uzun kirpiklər üçün 7 qida maddəsi  |     21:16 Valideynlərin nəzərinə - Uşaqlarda bu problemlər yaranacaq  |     21:09 Bloomberg: Bəzi NATO ölkələri Kiyevə uzunmüddətli yardım öhdəliyindən imtina edirlər  |     21:05 19 yaşında müharibədə yaralanan qadın baş leytenant: "Çox vaxt məni oğlanla səhv salırdılar"  |    

Xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə 20 manatdan baha satılır

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) olub.

Qeyd edək ki, idxal olunan kolbasanın 82%-i və ya 1 450 tonu Rusiyadan gətirilib. Rusiyadan idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri isə 2,4 dollar (4,1 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan 1 592,7 ton kolbasa idxal olunub.

Onu da qeyd edək ki, xaricdən idxal olunan kolbasaların 1 kiloqramının orta satış qiyməti marketlərdə 21 manat təşkil edir.

Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal kolbasalar marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 4 dəfədən çox baha satılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            300 20.06.24 12:46