Taksilərdə minimum gediş haqqı 4 manat OLACAQ? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA  |     22:59 Azərbaycanda müğənni həbs edildi  |     22:43 Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs vəfat etdi  |     22:35 Bakı həbsxanasında MƏHKUM ÖLDÜ  |     22:31 Niyə modemi mətbəxə qoya bilməzsiniz: Bu qadağaya laqeyd yanaşmayın  |     22:24 Arılar xərçəngi aşkar edə bilir - MARAQLI FAKT  |     22:20 Hər gün südlü çay içsəniz, bədəndə nə baş verər? - Diyetoloqun cavabı  |     22:16 Alimlər yeməli paltar istehsal edən maşın yaratdılar (VİDEO)  |     22:07 Məşhur həkim hər gün bu tərəvəzdən yeyir: çünki xərçəng riskini azaldır  |     22:01 Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər  |     21:57 Dünyada ilk dəfə: Türkiyədə 1500 illik məşhur Roma zirehləri bərpa edildi  |     21:48 “Kirayə evlərin qiymətində artım var” – Ekspert  |     21:46 Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat... – Yeni sistem belə olacaq  |     21:42 4 dollara aldığı güldan Maya xəzinəsi çıxdı  |     21:35 Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib  |     21:29 Türkiyə İraq və Suriya ilə sərhəddə xüsusi təhlükəsizlik bölgəsi yaradır  |     21:23 Sumqayıtda üç nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     21:18 Türkiyə Ordusu İraqda şəhid verib, üç terrorçu öldürülüb  |     21:10 Van Nistelroy İngiltərə klubu ilə anlaşıb  |     21:06 Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib  |    

Taksilərdə minimum gediş haqqı 4 manat OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. Belə olan halda taksilərin qiymətinin qalxaraq minimum 4 manatdan başlayacağı ilə bağlı fikirlər səsləndirilir. Belə olan halda taksi qiymətləri minimum 4 manatdan başlaya bilər?

Median.Az
xəbər verir ki, mövzu ilə bağlı sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksilərdə qiymət artımı ilə bağlı qərarı şirkətlər verir. Ona görə şirkətlərin nə qərar verəcəyini indidən proqnozlaşdırmaq çətindir:

" Amma qoyulan tələblərə baxsaq görürük ki, yeni avtomobillər alınırsa, daha müasir taksilər xidmətə buraxılacaqsa sözsüz ki, sərnişinlər aşağı qiymətə sərnişin daşımayacaqlar. 2 manat 50 qəpik minimum- yəni başlanğıc qiymətdir. Məsafədən asılı olaraq isə fərqli qiymətlər tətbiq olunur. 2 manat 50 qəpiyi birbaşa 4 manata qaldırmaq şirkətlərin özünə də sərf etməyəcək. Ona görə elə qiymət müəyyənləşdiriləcək ki, iş dayanmasın və taksiyə müraciət edənlərin sayı kəskin azalmasın".

Ekspertin sözlərinə görə, bu qədər artım baş versə, o zaman qısa məsafəli gedişlərin sayı azalacaq:

"Yəqin ki bu uzaq məsafələrə və səfərlərə də təsir edəcək. Belə olan halda say azala bilər. Ona görə də inanmıram ki, bu cür fantastik artım etsinlər. Hər bir halda buna bir ortaq həll yolu tapılmalıdır. Bunu da şirkətlər özü müəyyənləşdirir. Taksilərin qiymət məsələsinə dövlət tərəfindən müdaxilə yoxdur. Sadəcə olaraq şirkətlərə tövsiyə xarakterli müraciətlər olunur. Onlarda buna uyğun öz işlərini dəyərləndirərək qiymət müəyyənləşdiriləcək. Bu məsələni hal-hazırda AYNA VƏ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müzakirə edir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 22.05.24 22:37