Balakən rayonunun Hənifə kəndi ərazisində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.