Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:51 Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb  |     13:46 Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu  |     13:42 Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO  |     13:41 Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi  |     13:39 Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları  |     13:33 Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq  |     13:27 Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb  |     13:19 Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı  |     23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |    

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 11 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, Qafar Səfərov evdə arvadı, zərərçəkmiş Səma Səfərova (şərti) ilə ondan xəbərsiz mobil telefon istifadə etməsi, həmin telefonun təhlükəsizlik kodunu ona bildirməməsi səbəbindən ailədaxili münasibətlər zəminində mübahisə edib. Bu zaman Qafar qadının üzərinə hücum edib, yumruq və təpiklə qəsdən onun baş, sifət, əl və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, zərərçəkmişə xəsarətlər yetirib.

Daha sonra Səma Səfərovanın şikayəti əsasında Qafar Səfərov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 28.03.24 12:13