Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:47 Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi  |     22:37 Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."  |     22:29 Biləsuvarda bunu edənlər cəzalandırıldı  |     22:20 Ukraynada hərbi vəziyyət yenidən uzadıldı  |     22:12 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır  |     22:05 Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb  |     21:59 Rusiyalı məşhur reper axtarışa verildi - FOTO  |     21:40 Azərbaycana gələn turistlər nədən narazıdırlar? - VİDEO  |     21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |     19:54 Nizami rayonunda 38 yaşlı qadını avtomobil vurub  |    

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır.

Bu qənaətə “World Weather Attribution” (WWA) təşkilatının analitikləri gəliblər.

Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir. Lakin ekoloqların fikrincə, aprelin 15-16-da yağan yağışlar atmosferə atılan istixana qazlarının miqdarını daha da artırıb. Mütəxəssislər izah edirlər ki, hava nə qədər isti olsa, buludlarda su bir o qədər çox olar. Nəticədə, yağıntılar sənaye sektorunun inkişafından əvvəlki dövrlə müqayisədə 10-40 faiz daha intensiv olub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Qrupunun verdiyi məlumata görə, bütün dünyada yağıntılar temperatur yüksəldikcə daha da şiddətlənir və tez-tez olur. Eyni zamanda, alimlər proqnozlaşdırırlar ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hər il 30 faiz daha çox yağış yağacaq. Beləliklə, WWA son fırtınanın hava manipulyasiyası nəticəsində baş verdiyinə dair versiyanı - “bulud səpmə” proqramını təkzib edib.

Mənbə: Bloombergскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 27.04.24 13:46