Meksikada isti hava dalğası səbəbindən elektrik enerjisinə tələbatın artması nəticəsində 21 ştatda elektrik enerjisi kəsilib.
Ölkənin 32 əyalətindən 21-də elektrik enerjisi kəsildiyi üçün fövqəladə vəziyyət elan edilib. Hadisə su təchizatı və siqnalizasiya sistemlərində də problemlər yaradıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, elektrik enerjisinin kəsilməsinə havanın temperaturunun normadan yüksək olması səbəb olub.
//bakupost