Mojo.az Banner
13:01 Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı  |     12:52 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video  |     12:46 Qaxda kafedə qan töküldü  |     12:27 Bakı Bulvarı bu gündən bağlanır - Səbəb  |     12:25 Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”  |     12:19 Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama  |     12:11 Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  |     22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qəbələ”nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB

09.05.2024 11:52 1 452
“Qəbələ”nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB
Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş verən hadisə Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

“Gəncə şəhərində yetkinlik yaşına çatmayan şəxslər arasında keçirilən futbol oyunu zamanı baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Tezliklə məsələ öz hüquqi qiymətini alacaq və bu barədə əlavə məlumat veriləcək”, - deyə DİN rəsmisi söyləyib.

Xatırladaq ki, Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçının final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı “Qəbələ”nin iki futbolçusu xəsarət alıb.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

* * * * *

Bu gün futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib.


“Qafqazinfo”nun məlumatına görə, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.

İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R. və Ə.G. ciddi xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
скачать dle 11.3
Mojo.az Banner