Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:55 Azərbaycan və Slovakiya arasında sənədlər imzalanıb - YENİLƏNİB  |     11:54 Rusiya hökuməti bu gün tam tərkibdə istefa verəcək  |     11:51 Qusarda qadın dəm qazından boğularaq ölüb  |     11:50 UEFA Çempionlar Liqası: İlk finalçının adına aydınlıq gətiriləcək  |     11:49 Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA  |     11:48 Sabirabaddakı qəzada iki nəfər xəsarət alıb  |     11:47 Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT  |     11:47 1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı  |     11:46 Hakerlər Britaniya MN-ə kiberhücum həyata keçiriblər  |     11:45 Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol - VİDEO  |     11:44 Təmiz havaya həsrət qalan Xırdalan sakinləri DANIŞDILAR - VİDEO  |     11:42 Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR - VİDEO  |     11:41 Ukrayna prezidenti haqqında şəxsi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən məmur saxlanıldı  |     11:39 Qızıla yatırım etmək riskli hesab edilir - VİDEO  |     11:33 Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq  |     11:30 Keçmiş məhkum yenə narkotiklə tutuldu  |     11:19 Güclü yağış və dolu mövsümi məhsullara necə təsir edəcək?  |     22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |    

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sağlamlıq haqqında arayışların elektronlaşdırılması ilə bağlı qərardan danışarkən deyib.

Professorun fikirincə, səhiyyə bir sistemə keçdikdən, bütün respublika üzrə vahid sistem kimi fəaliyyət göstərdikdən, ailə-həkim institutu formalaşdıqdan, xəstələrin bütün sənədləri həmin proqramda öz əksini tapdıqdan sonra əlbəttə arayış vermək asan olacaq:

"Bir də ki, başqa dövlət orqanları bu cür arayışları da əldə edə biləcəklər. Amma bunun üçün xeyli iş görmək lazımdır. Hər bir kəsin xəstəlik tarixcəsi olmalıdır. Çünki sağlamlıq arayışları çox vacibdir. Həmin arayışı alan şəxsin ictimai iaşə müəssisəsində işləmək məsələsi ortaya çıxa bilər. Yəni, təlabatlar çox vaxt belə yerlərdən olur”.

Adil Qeybulla bu arayışların verilməsində hər kəsi diqqətli olmağa səsləyib:

"Dürüst olsunlar, vətəndaşın real durumunu əks etdirsinlər. Bu baxımdan da xeyli iş görülməlidir. Vətəndaşların sağlamlıq parametrləri dəqiq olaraq proqrama yerləşdirilməlidir”.

Qeyd edək ki, tibbi arayışların verilməsi elektronlaşdırılıb. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib. O, "Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq. Mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq”-deyə, bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 26.04.24 22:49