Azərbaycan və Slovakiya arasında iki sənədə imza atılıb.
“Report” xəbər verir ki, bu sənədlər Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində imzalanıb.
Bildirilib ki, sənədlərdən biri Azərbaycan İnvestisiya Şirkəti və Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), digər isə Slovakiyanın “SEAK Energetics” şirkəti və “ITECH GROUP” MMC arasında əməkdaşlıq memorandumlarıdır.
* * * * *
Bu gün Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu başlayıb.
“Report” xəbər verir ki, forumda Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Denisa Sakova iştirak edirlər.