Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?

ABŞ Müdafiə Nazirliyi ölkə ordusu üçün iki yeni uzaqmənzilli raketi sınaqdan keçirib.

Bu barədə "RİA Novosti"nin materialında bildirilib.

Söhbət uzaqmənzilli hipersəs silahlarından ("Long-Range Hypersonic Weapon" sistemi, LRHW), eləcə də yüksəkdəqiqlikli raketdən ("Precision Strike Missile", PrSM) gedir.

LRHW dekabrda Kanaveral burnunda sınaqdan keçirilib: raket planlaşdırılan trayektoriyaya daxil olub və seçilmiş hədəfi dəqiqliklə vurub. Bu, ilk uğurlu buraxılış olub, çünki daha əvvəl bu raketlər yerə düşüb.

Sözügedən sistem nəqliyyat-buraxılış konteynerində AUR raketini, həmçinin C-HGB döyüş başlığını daşıyır. Qeyd edilir ki, C-GHB ən azı 5 Max sürətə çata bilir.

Öz növbəsində, PrSM ABŞ-nin "Lockheed Martin" konserni tərəfindən ABŞ ordusunda ATACMS raketlərini əvəz etmək üçün hazırlanıb.

Materialda xəbər verildiyi kimi, Pentaqonun yeni PrSM raketlərinin Ukraynada döyüş şəraitində sınaqdan keçirilməsinə qərar verəcəyi istisna edilmir. Bu baxımdan, agentlik qeyd edir ki, onların Ukrayna Silahlı Qüvvələrində peyda olması mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 21.12.24 18:21