Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib

Maqdeburq Milad bazarında izdihamın üzərinə çıxan sürücü əslən Səudiyyə Ərəbistanındandır. O, terror aktı törətmək üçün BMW icarəyə götürüb. Onun təxminən 50 yaşı var. Çox güman ki, avtomobildə partlayıcı da olub.
 
Median.Az bildirir ki, Maqdeburqdakı Milad bazarında törədilmiş terrorda ölənlərin dəqiq sayı hələlik məlum deyil. 80 nəfərin öldüyü bildirilir.
 
Saksoniya-Anhaltın baş naziri Rainer Erich Haseloff ilk saatlarda ən azı iki nəfərin, o cümlədən kiçik bir uşağın öldüyünü açıqlayıb.
 
“Bild” isə ilk dəfə 11 nəfərin öldüyünü iddia edir.
 
Qurbanların sayının 80 nəfərə yüksəldiyi də bildirilir. 15 nəfər ağır yaralanıb.


Polis dərhal terrorçunu saxlayıb. Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, Maqdeburqda həbs edilən şübhəli hələ Almaniya hakimiyyətinə islamçı kimi tanınmayıb. İlkin məlumata görə, həmin şəxs 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanındandır. O, Maqdeburq klinikasında həkim işləyib. Adının Taleb A. olduğu bildirilir. Kişi 2006-cı ildən Almaniyada yaşayır. 2016-cı ilin iyulunda o, qaçqın kimi tanınıb.
 
Qeyd edək ki, elə bu günlərdə Berlinin Breitscheidplatz meydanında Milad bazarına edilən dəhşətli hücumun səkkizinci ildönümüdür. 2016-cı ildə islamçı Anis Amri yaxınlıqdakı Milad bazarına hücum edərək on iki nəfəri öldürüb, bir qurban isə daha sonra aldığı xəsarətlərdən vəfat edib.
 
Berlinin qərbində yerləşən Maqdeburq Saksoniya-Anhalt əyalətinin paytaxtıdır və təxminən 240.000 əhalisi var. Dəhşətli fəlakət Almaniyanın daxili işlər naziri Nensi Faserin bu il Milad bazarları üçün konkret təhlükə əlamətləri olmasa da, ayıq-sayıq olmağın müdrik olacağını deməsindən bir aydan sonra baş verib.
 
Yayılan müşahidə videosunda tünd rəngli avtomobilin Milad bazarında sürətlə keçərək insanları vurduğu görünür. Polis sürücünün avtomobili ən azı 400 metr sürdüyünü və mümkün qədər çox insanı vurmaq üçün qəsdən yoldan çıxardığını bildirib. O, dönüb daha çox insanı vurmaq istəyəndə isə saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 21.12.24 22:48