Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib? » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |    

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun məlumatına görə, general Xidmət rəisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 52 nəfərdən külli miqdarda rüşvət almaqda ittiham edilib.

Məhkəmədə məlum olub ki, genral Xidmət katibliyinin rəisi vasitəsi ilə 2016-2017-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinə 52 nəfəri zabit və gizir kimi rüşvət qismində işə götürüb. Təqsirləndirilən şəxs müəyyən etdiyi qaydada nəzarətçi vəzifəsinə hər bir şəxdən 7.000-12.000 manat, zabit vəzifəsinə isə 15.000-20.000 manat qarşılığına işə götürülüb. Ümumilikdə işə götürülən vətəndaşlardan təxminən 630.000-640.000 min manat pul alınıb. Katibliyin rəisi aldığı pulları T.Həsənovun xidməti otağında ona verib.

General ilkin ifadəsində danışmasa da, sonradan Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsünün və Muxtar Respublikanın əvvəlki ədliyyə nazirinin adını çəkib. Deyib ki, ittihamda rüşvət kimi qeyd olunan pulların bir qismini - 350 min manatını Talıbovun sürücüsü Həsən Əhmədova və 300 min manatını isə sabiq nazir Daşqın Rəhimova verib.

Amma Tofiq Həsənov məhkəmədə ziddiyyətli ifadə verməsi ilə bağlı elan olunmuş ifadəsinə münasibət bildirərək Seymur Talıbov tərəfindən ona tapşırıq verilmədiyini və ona pul göndərmədiyini, o cümlədən şəxsən pul vermədiyini bildirib.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, ümumilikdə yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilib.

Tofiq Həsənov məhkəmənin qərarı ilə 10 il həbs cəzası alsa da ona əlavə cəza olaraq Prezidentin 29 noyabr 2017-ci il tarixli, 3421 nömrəli sərəncamı ilə verilmiş "ədliyyə general-mayoru” alixüsusi rütbəsindən, 1 iyul 2011-ci il tarixli sərəncamı ilə verilmiş "Vətən uğrunda” medalından mərhum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 26.04.24 16:00