Bakı restoranında faciə » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

Bakı restoranında faciə

Səbail rayonu, Bibiheybət qəsəbəsindəki restoranların birində 2002-ci il təvəllüdlü Azər Aslan oğlu Ömərovun ölümündə təqsirləndirilən şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, Azər Ömərovun ölümündə təqsirləndirilən ofisiant yoldaşı, 2002-ci təvəllüdlü Rüfət Əsgər oğlu Əkbərli Bakı Ağır Cinayətlər Məhkəməsində özünü qismən təqsirli bilib.

Rüfət Əkbərli deyib ki, Azərlə münasibətləri iş yoldaşı kimi hər zaman yaxşı olub. Aralarında heç vaxt dava-dalaş, mübahisə olmayıb. Mərhumla bərabər özü də restoranda ofisiant işləyib.

Hadisə günü hava yaxşı olduğundan stolları restoranın həyətinə çölə çıxarıblar. Həmin vaxt bir-biri ilə əllə zarafat ediblər. Azər gülə-gülə ona - "indi sən məni qıdıqlamaq istəyirsən", - deyib və üzərinə gəlib. Onlar daha sonra zarafatla güləşiblər.

Rüfət iki əli ilə Azərin ayaqlarından tutduqdan sonra onu sağ çiyin nahiyəsinə qaldırıb və oradan arxası üstə başı aşağı restoranın daş döşəməsinə tullayıb. Azərin başı restoranın daş döşəməsinə çırpılıb. Bundan sonra vəziyyəti pisləşib. Rüfət dərhal ona kömək edərək ayağa qaldırmağa çalışıb. Lakin Azər bir az qalxdıqdan sonra yenidən dizləri üzərinə çöküb və daha sonra yerə yıxılıb. Onlar güləşən zaman restoranda olan digər işçilər də onlara baxıb gülüblər və hamı zarafatlaşdıqlarını bilib. Azər yerə uzandıqdan sonra əsməyə başlayıb, həkim gələnə kimi vəfat edib. Rüfət törətdiyi əməldən peşman olduğunu və hadisənin bilərəkdən deyil, zarafat edərkən baş verdiyini etiraf edib.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Rüfət Əkbərli Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 06.05.24 16:52