Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı | 16:07 Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video |
Mojo.az Avto
Mojo.az Avto

Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı

18.05.2024 21:17 2 463
Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı
Flinders Universitetinin avstraliyalı alimləri Kiprin ilk insanlar tərəfindən məskunlaşdığı vaxtı aydınlaşdırıblar. Məlum olub ki, insan Aralıq dənizindəki bu adaya əvvəllər düşünüldüyündən min il əvvəl gəlib.

Qaynarinfo xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.

Kiprdəki 10 ən qədim ərazinin arxeoloji tarixlərinin təhlili göstərib ki, insanlar ilk dəfə bu bölgədə 14,257 ilə 13,182 il əvvəl məskunlaşıblar.

İqlim modelləşdirməsinə görə, Kiprin erkən inkişafı temperaturun, yağışın və ətraf mühitin məhsuldarlığının artması ilə üst-üstə düşüb ki, bu da ibtidai icmaların böyük əhalisinin rifahına kömək edib.

Müəlliflər demoqrafik modelləşdirməyə əsaslanaraq, 100 ildən az müddətdə iki-üç böyük miqrasiya hadisəsi nəticəsində yüzlərlə və minlərlə insandan ibarət böyük qrupların bura gəldiyini hesab edir. Sonrakı 300 il ərzində Kiprin əhalisi 4000-5000 nəfərə qədər artıb.

Alimlər qeyd ediblər ki, onların kəşfi Kiprdə və Aralıq dənizinin şərqindəki digər adalarda insanların məskunlaşma tarixinə yeni perspektivlər açır.

Əvvəllər hesab olunurdu ki, Kiprə ilk insan miqrasiyası məcbur olub və sahilyanı ərazilər buzlaqdan sonra dəniz səviyyəsinin qalxması ilə su altında qaldıqdan və kənd təsərrüfatı əhalisini bərpa edilmiş torpaqlardan məhrum etdikdən sonra başlayıb.

Yeni məlumatlar insanların adada oturaq həyat tərzinə keçməsindən çox əvvəl məskunlaşdığını göstərib.

Son xəbərlər