Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |    

Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

Bakıda tələbə yoldaşını bıçaqlayan yeniyetmənin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, işə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin 1-ci kurs tələbəsi, 2008-ci il təvəllüdlü Namiq Quliyev (ad-soyad şərtidir) 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Cinayətə isə elektron qəlyan üstündə düşən mübahisə səbəb olub. Belə ki, Namiq Quliyev dərs zamanı çəkməsi üçün elektron qəlyanı qrup yoldaşı Bağır Məmmədova (ad-soyad şərtidir) verib. Bağır isə dərsdən sonra qəlyanı qaytarmayıb. Bu isə yeniyetmələrin mübahisəsinə, sonda Bağırın üç bıçaq zərbəsi almasına səbəb olub.

Bağır Məmmədov məhkəmədə qrup yoldaşını bağışlamayıb, ona cəza verilməsini xahiş edib. “Elektron qəlyanı sahibinə niyə qaytarmadın?” sualına isə “yadımdan çıxdı” cavabını verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 18.05.24 13:25