Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:06 "TikTok"da "kreditə qızıl satan" şəxsə hökm oxundu  |     20:56 Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb  |     20:26 Ucar, Sumqayıt və Xırdalanda məktəb direktorları işdən çıxarılıb  |     20:20 Xudatda yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib  |     20:13 Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:08 Rusiya "Taliban"ı terror təşkilatları siyahısından çıxara bilər  |     19:56 Sumqayıtda qanunsuz tikili sökülüb  |     19:49 Sumqayıtda maşın vuran uşaq üç gün sonra xəstəxanada ölüb  |     19:43 Belarus və Rusiya birgə təlimlər keçirəcək  |     19:41 Növbəti üç gündə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     19:35 Ərəb və Afrika ölkələri Şimal-Cənub layihəsinə qoşula bilər  |     19:28 Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib  |     19:20 Sabah Azərbaycanda 28 dərəcə isti olacaq  |     19:13 İtaliyanın Baş naziri NATO rəhbərini tənqid edib: Ehtiyatlı davranmalıyıq  |     19:07 NBC: ABŞ-də qasırğa və tornadolardan azı 15 nəfər ölüb  |     19:00 Karta yanlışlıqla göndərilən pulu necə geri qaytarmaq olur? - VİDEO  |     18:27 Onlayn sifariş zamanı kartdan əlavə vəsait çıxılır? - AÇIQLAMA (FOTO)  |     18:19 Çörək məhsullarına dair sanitariya norma və qaydaları təsdiqlənib - FOTO  |     18:11 Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib  |     17:59 Azərbaycanda altıncı sinif şagirdi qəfil vəfat etdi  |    

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətlərində təmir işləri aparılır.

Bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar bu gün saat 10:00-dan tətbiq olunan enerji kəsintisi Yardımlıda Bilnə və Astanlı kəndlərində 15:00-a kimi, Biləsuvar rayonunun bir hissəsində 12:30-dək, Lənkəran şəhərinin bir hissəsində, Rvo, Şovu, Vel, Siyavar, Şağlaser, Cil, Xarxatan kəndlərində 15:00-dək, Lerikin Siyov, Biləvər, Lərmərud kəndlərində 13:00-dək, Cəlilabadın Cəngan, Lallar, Edişə, Soltankənd, Tahirli kəndlərində saat 12:00-dək davam edəcək.

Bundan başqa, saat 12:30-dan saat 15:00-dək Masallı Böyük Xocavar, Banbaşı, Qızılağac, Viləş, Öncəqala, Bədəlan, Hişkədərə kəndlərində də enerji verilişində fasilə yaranacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 06.05.24 11:54