Narkoman və vərəm xəstəsi avtobus sürür? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:39 Göygöldə narkotik vasitədən istifadə edən sürücü həbs edildi  |     18:28 Rusiya XİN: "Paris İrəvandan öz məqsədləri üçün istifadə etməyə çalışır"  |     17:27 Lerikdə güclü qasırğa və dolu ciddi fəsadlar törədib  |     17:26 Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib  |     17:24 Oliqarx Leysan Məmmədovun oğlu "Sea Breeze"də yenidən dava saldı – Şok təfərrüat (VİDEO)  |     17:22 Kiyevdə hoteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb  |     16:58 Aktyor: “Tiktokda hədiyyə istəyənlər dilənçidirlər”  |     16:31 İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında  |     15:52 Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     15:29 Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin acı taleyi  |     15:21 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, QAR...  |     15:11 Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb  |     15:03 50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? - VİDEO  |     14:46 Keçmiş məhkum dələduzluğa görə tutuldu  |     14:36 Riki Martin Bakıda ilk dəfə konsert verəcək  |     14:21 AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib  |     14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |     13:32 Bakıda bu evlər kəskin BAHALAŞDI - VİDEO  |    

Narkoman və vərəm xəstəsi avtobus sürür? - VİDEO

Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.

"Qafqazinfo" xəbər verir ki, "Batya Vasmoyski" ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub.

"Çinar Trans" MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

"Batya Vasmoyski" kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək "YouTube" kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu da bildirib:

"Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu reabilitasiya mərkəzinə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin taleyi və davranışlarını sonradan izləyə bilmirik".

40 saylı marşrut xəttini istismar edən "Çinar Trans" MMC-dən bildirilib ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 27.05.24 13:08