Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:09 KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb  |     18:57 Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib- VİDEO  |     18:46 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü  |     18:29 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü - VİDEO  |     18:12 Müqtəda əs-Sədr İraqda üçgünlük matəm elan edib  |     18:03 Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb  |     17:46 "Avtoşluq" edib videosunu yayan şəxs saxlanıldı  |     17:25 Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     17:08 Qaxda qəza: Motosiklet sürücüsü öldü  |     16:48 Pakistanda helikopter QƏZASI - 6 nəfər ÖLDÜ  |     16:38 Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq  |     16:29 Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb  |     16:27 Biləcəridə yanan obyekt parket müəssisəsidir  |     16:15 "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" dəyişib  |     16:13 Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi təsdiqləndi  |     15:54 Bakıda 47 yaşlı kişi özünü onuncu mərtəbədən atdı  |     14:21 Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA  |     14:10 Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var  |     14:07 Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib: Ölən var  |     14:06 Daxili İşlər Nazirliyindən ƏMƏLİYYAT - 22 kiloqram narkotik aşkarlandı  |    

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin hörmətlə yad edilib.

Nazirliyin rəhbər heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzərək ehtiram nümayiş etdirib.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib. Vətənimizin suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarına gül dəstələri qoyulub.

Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin İkinci Şəhidlər Xiyabanında məzarları üzərinə güllər düzülüb, ruhları dərin hörmət və ehtiramla anılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət, həmçinin şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 26.06.24 14:07