Azərbaycanda benzin bahalaşır? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

Azərbaycanda benzin bahalaşır? - AÇIQLAMA

"Benzinin qiymətinin artacağı ilə bağlı xəbərlər şaiədir".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, Aİ-92 markalı benzinin qiymətinin də bahalaşacağı gözlənilmir:

"Çünki neftin qiymətinin ucuzlaşması fonunda bu benzinlərin qiymətidə dövlət üçün sərfəlidir. Neftin qiyməti kəskin qalxarsa, bu hal baş verə bilər. Amma indiki halda qiymətin artacağı gözlənilmir".

İqtisadçı həmçinin vurğulayıb ki, elektromobillərə keçmək üçün dövlət kifayət qədər stimullaşdırıcı addımlar atıb:

"Elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı heç bir vergi rüsumu yoxdur. Hibrid mühərrikli avtomobillərdə də bu cür geniş güzəştlər var. Bu avtomobillərin gətirərkən, 200-300 dollar bəyənnamə xərci olur. Amma daxili yanma mühərriki olan avtomobillərin idxalı zamanı isə kəskin vergilər var. Bundan başqa bu il "Azərişıq" və "Azərenerji"yə sərəncam da verildi ki, elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün şərait yaxşılaşdırılsın".

Qeyd edək ki, KİV-də Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin bahaşalacağı ilə bağlı iddialar yayılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            816 25.06.24 20:01