"Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:25 Xırdalanda məhəllələri su basdı - VİDEO  |     14:08 Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ  |     14:00 Azərbaycanda prokuror faciəli şəkildə öldü  |     14:00 Hərbi qulluqçunun vəzifələri artırılır  |     13:42 Bakının bir məktəbində şagirdlər yay tətilinə tez buraxılacaqlar? - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)  |     13:32 Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib  |     13:12 Vladimir Putinin andiçmə mərasimi başladı - YENİLƏNİR (CANLI YAYIM)  |     13:09 Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB (VİDEO)  |     13:07 Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? - AÇIQLAMA  |     13:07 Bakıda “Prius” piyada qadını vuraraq öldürüb  |     12:46 Bakıda avtomobili səkidə idarə edən sürücü həbs olundu - VİDEO  |     12:40 Bakıda UAZ yol kənarındakı avtomobilə çırpıldı - Ölən var  |     12:36 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:21 Azərbaycan və Slovakiya arasında sənədlər imzalanıb - YENİLƏNİB  |     11:54 Rusiya hökuməti bu gün tam tərkibdə istefa verəcək  |     11:51 Qusarda qadın dəm qazından boğularaq ölüb  |     11:50 UEFA Çempionlar Liqası: İlk finalçının adına aydınlıq gətiriləcək  |     11:49 Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA  |     11:48 Sabirabaddakı qəzada iki nəfər xəsarət alıb  |     11:47 Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT  |    

"Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb

BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, plana əsasən "Dərinsulu Günəşli" platformasından hasilat aprel ayının 25-dən başlayaraq 15 gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.

Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2023-cü ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2024-cü ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.

AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edir.

Bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarətdir ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 26.04.24 22:07