Bakının bir məktəbində şagirdlər yay tətilinə tez buraxılacaqlar? - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

Bakının bir məktəbində şagirdlər yay tətilinə tez buraxılacaqlar? - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

Respublika İncəsənət Gimnaziyasında yay tətili tədris ilinin sonunda - yəni iyunun 15-də plan üzrə başlayacaq.

Gimnaziyanın direktoru Aytən Əhmədovanın baku.ws-ə verdiyi məlumata görə, şagirdlərin təmirlə əlaqədar 189 və 190 saylı məktəblərə köçürüləcəyi məsələsi dəqiqləşsə də bunun detallarına hələ tam aydınlıq gəlməyib.

İbtidai siniflərin və yuxarı siniflərin hansı məktəbə yerləşdiriləcəkləri məsələsi hələ də dəqiqləşməyib. Direktorun məlumatına görə, bu detallar aydın olandan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

* * * * *

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.


Baku.ws-in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaqlar.

İbtidai sinif şagirdləri 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar.

Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 07.05.24 13:42