Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |     19:54 Nizami rayonunda 38 yaşlı qadını avtomobil vurub  |     19:46 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı  |     19:38 Azərbaycanda bir ildə ailə-məişət davalarında öldürülən qadınların sayı AÇIQLANDI - FOTO  |     19:19 Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib  |     18:55 Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən "kupça" veriləcək  |     18:53 Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA  |     18:44 Toni Kroos “Real Madrid”dən ayrıla bilər  |     18:18 "Qaqarin” körpüsü sökülür? - VİDEO  |     18:15 Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA  |     18:13 Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO  |     17:01 "Bavariya"nın idman direktoru finalda "Borussiya"ya azarkeşlik edəcək  |     16:52 "AbzasMedia" işi çərçivəsində saxlanılan üç nəfərlə bağlı qərar verildi  |     16:51 Türkiyənin bu bölgələrində güclü zəlzələ ola bilər - alimdən XƏBƏRDARLIQ  |     16:40 Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladıldı  |     16:10 Dövlət qurumunun iki idarəsi birləşir  |     16:07 Valeri Zalujnı Böyük Britaniya Krallığına səfir təyin olunub - YENİLƏNİB  |     15:57 Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi  |    

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib.

Nazirlik zəvvarlara saxta şirkətlərin qurbanı olmamağı və müqəddəs səfərlərini yalnız səlahiyyətli şirkətlər vasitəsilə bron etməyi tövsiyə edib.

Qeyd edilib ki, Həcc ziyarətinin müvafiq icazə olmadan həyata keçirilməsi qanun pozuntusudur. Nazirlik bildirib ki, Səudiyyə Ərəbistanında Həcc mərasimləri üçün bronlar rəsmi internet saytı və “Nusuk” proqramı vasitəsilə həyata keçirilir.

Şirkət əlavə edib ki, Avropa, ABŞ və Avstraliyadan olan zəvvarlar Həcc ziyarətini “Nusuk” platforması vasitəsilə bron edə bilərlər, İslam ölkələrindən bronlar isə xüsusi bron ofisləri tərəfindən həyata keçirilir.

Nazirliyin rəsmi mənbəsi bu il Həcc ziyarətinə getmək niyyətində olan insanlara müxtəlif ölkələrdə sosial şəbəkələrdə yayılan Həcc dələduzluğu kampaniyaları ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, nazirlik şirkətlərin reklamlarını və kampaniyalarını diqqətlə izləyir, həmçinin sosial şəbəkələrdə saxta hesabları aşkar edir.

Mənbənin sözlərinə görə, insanların Həcc ziyarətini şirnikləndirici qiymətlərlə təşkil edəcəklərinə dair yalan vədlər verən bu cür aldadıcı kampaniyalara və şirkətlərə qarşı ayıq olmaları vacibdir.

Mənbə: “Associated Press of Pakistan”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 27.04.24 13:41