Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb

Braziliyanın cənubundakı Portu Aleqri şəhərində bu gün səhər saatlarında baş verən güclü yanğın nəticəsində azı 10 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat verib.

Portu Aleqri Mülki Müdafiə Xidmətinin məlumatına görə, yanğın yerli vaxtla gecə saat 2 radələrində başlayıb və səhər saat 04:30-da söndürülüb. 7 nəfər xilas edilərək xəstəxanalara göndərilib. Şəhərin tərkibində olduğu Rio Qrande du Sul ştatının Yanğından Mühafizə İdarəsinin mütəxəssisləri ölən və xəsarət alanların axtarışını aparır.

Ekspertlərin fikrincə, hadisənin səbəbi hələlik məlum deyil, lakin kriminal versiya istisna edilmir.

Telekanal qeyd edir ki, qonaq evinin mehmanxana kimi fəaliyyət göstərmək üçün lisenziyası, həmçinin yanğın halında fəaliyyət ilə bağlı planı olmayıb. Bundan əlavə, binadakı otaqların çox sıx, nəticədə insanların binanı tərk etməsinin çətin olması da əlavə problem yaradıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 26.04.24 20:49