Lirə dollar qarşısında bahalaşır – SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

Lirə dollar qarşısında bahalaşır – SƏBƏB

2024-cü ilin aprelin ikinci yarısından başlayaraq dollar/lirə məzənnəsində enmə müşahidə edilir.


Median.Az
xəbər verir ki, aprelin 21-də bir dollar 32,6 lirəni keçdikdən sonra ABŞ valyutasında ucuzlaşma prosesi gedir. Bu günə olan məlumata əsasən, məzənnə 32,27 həddinə düşüb. Ötən 2 həftə ərzində dollar lirə qarşısında təxminən 1 faiz ucuzlaşıb.


Xatırladaq ki, 2021-ci ildən başlayaraq dollar lirəyə nəzərən sürətlə bahalaşır. 2023-cü ilin aprelindən dolların bahalaşması bir qədər də güclənib və qısa müddətdə məzənnə 19-dan 32,6-ya yüksəlib.


Son günlər dolların bir qədər ucuzlaşmasının səbəbi ölkəyə xarici investisiya qoyuluşunun artması, xarici borclanmaya dair yeni razılaşmaların əldə edilməsi, xarici ticarət kəsirinin məbləğinin kiçilməsi və turizm mövsümünün başlaması ilə bağlıdır.


Əvvəlki illərin də təcrübəsi göstərir ki, Türkiyəyə daha çox xarici investisiya cəlb ediləndə, xarici ticarət kəsiri kiçiləndə və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq genişlənəndə lirədə ucuzlaşma zəifləyir.


Türkiyə üçün dollar/lirə məzənnəsindəki yüksəlmənin yumşaq formada olması çox əhəmiyyətlidir. Ölkədə dollar aşağı sürətlə bahalaşanda inflyasiya səviyyəsi də aşağı olur və əhalinin rifah halı yaxşılaşır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 07.05.24 21:49