Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toy məclisinə qatılıb.
Median.Az axşam.az-a istinadla xəbər verir ki, o, məclisdə Əməkdar artist Abbas Bağırovla səhnəyə çıxıb.
B.Dadaşova deyib: "Ədalət övladını yeni həyata yola salır. Nə xoşbəxtəm ki, ilk dəfə Peterburqdan gələndə onu öz verilişimə ilk mən dəvət etmişəm. Yanılmamışam, indi xalqın sevimlisinə çevrildi".
Daha sonra o, illərlə küsülü olduğu A.Bağırovla "Bir dəfə yaşayırıq" mahnısının duet şəklində oxuyub.
İfaçılar daha sonra rəqs ediblər.
Dadaşova ilə Bağırov arasındakı qalmaqala səbəb "Aləm gözəl" mahnısı olub.