Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

07.05.2024 21:29 2 109
Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)
"Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad edəsiniz. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. 3-4 il orada işlədim. İndi istəyirəm istirahət edəm. Yaşıma görə artıq dincəlmək istəyirəm. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla, razılığıma ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.

Median.Az
xəbər verir ki, bu sözləri sherg.az-a açıqlamasında sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən getməsi ilə bağlı deyib.

Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən hardasa 3-4 həftə əvvəl uzaqlaşıb:

"Bu, çoxdan olub, niyə indi xəbər yayılır bilmirəm. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbləşdirirlər. Azərbaycan Dillər Universitetində işlədiyim müddətdə əlimdən nə gəlir etdim. Ümummilli Liderin 100 illiyi ilə bağlı 50-yə yaxın konfrans keçirmişəm. Rəhbərliyim altında elm, magistratura və doktorantura şöbələrinin iştirakı ilə çoxsaylı elmi tədbirlərimiz olub. Eyni zamanda respublika səviyyəsində beynəlxalq konfranslar təşkil etmişik. Dünyanın bir çox universitetlərinin tanınmış nümayəndələrinin iştirakı ilə tədbirlər hazırlamışıq. Missiyamızı sona qədər həyata keçirmişik. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir”.

Son xəbərlər