Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA (VİDEO)

07.05.2024 18:57 1 917
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA (VİDEO)
Dağıstan Respublikasından olan güləş üzrə məşqçi Orenburq vilayətində keçirilən ümumrusiya yarışında uduzduğu üçün azyaşlı şagirdini döyüb.

Dağıstan Respublikasının bədən tərbiyəsi və idman naziri Sajid Sajidov hadisənin baş verdiyini təsdiqləyib:

“O, Karabudaxkənd rayonunun Karabudaxkənd kəndindən olan Alaudin Atayevdir, amma mən ona məşqçi də deyə bilmərəm. Üstəlik, onun məşqçi olmadığı da məlum olub. O, dövlət idman müəssisələrində işləmir və məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq təhsili yoxdur. Özünü məşqçi kimi sınamaq qərarına gələn fərdi sahibkardır və tələbələri əsasən qohumlarının və dostlarının övladlarıdır. Onu da öyrəndim ki, o, əvvəllər də məşq və yarış prosesində uşaqlara qarşı oxşar zorakılıq hərəkətləri edib”.

Qeyd edək ki, yayılan kadrlarda “məşqçi”nin zorakılıq etdiyi azyaşlının idman geyimində Azərbaycan millisinin rəmzi sayılan “AZE” ifadəsi diqqət çəkib. Sözügedən fakt hadisənin Azərbaycanda baş verməsi və ya azyaşlının azərbaycanlı olması fikrini ortaya çıxarıb.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat Katibi Sərxan Musayev açıqlama verib.

“Məsələnin Azərbaycan Güləş Federasiyası ilə heç bir əlaqəsi yoxdur. Nə güləşçi, nə də məşqçini tanıyırıq. Güləşçinin üzərindəki trikoda “AZE” yazılması normal haldır. Çünki hər məşq zalının qarşısında və ya idman malları mağazasında bu tərzli trikolar əldə etmək mümkündür”.

Son xəbərlər