Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya XİN: "3+3" formatı üzrə növbəti görüşün Bakı və ya İrəvanda keçirilməsi müzakirə olunur

05.06.2026 17:33 483
Rusiya XİN:
"Rusiya hesab edir ki, Cənubi Qafqaz üzrə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu - Rusiya, Türkiyə, İran) növbəti görüş xarici işlər nazirləri səviyyəsində Bakıda və ya İrəvanda keçirilə bilər. Bu məsələ ilə bağlı müzakirələr aparılır".

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mixail Qaluzin Sankt-Peterburqda təşkil olunan forumda açıqlama verib.

Qaluzinin sözlərinə görə, Moskva bütün Cənubi Qafqaz regionunun tam nəqliyyat və iqtisadi blokadadan çıxarılmasını dəstəkləyir:

"Hesab edirik ki, Cənubi Qafqazın tranzit potensialının inkişafında regiondakı bütün ölkələrin iştirakını təmin etmək çox vacibdir. Sərhədlər açılmadan tam nəqliyyat əlaqələrindən danışmaq mümkün deyil. İnanırıq ki, bu, nə qədər tez baş verərsə, bütün region ölkələri üçün bir o qədər çox logistika imkanları açılacaq. Rusiya da öz növbəsində bütün regionun nəqliyyat və iqtisadi infrastrukturunun tam şəkildə açılmasını dəstəkləyir".скачать dle 11.3
Mojo.az Banner