Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Borclu və zamin "Bank Respublika"nı məhkəməyə verdilər: 45 minlik avtomobil qanunsuz satılır?

02.06.2026 18:05 543
Borclu və zamin
"Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

Median.Az
Yurd.media-ya istinadən xəbər verir ki, iddiaçılar Məsim Söhbət oğlu Zülfüqarov və Toğrul İsmayıl oğlu Zülfüqarov cavabdeh İsmayıllı rayon Notariat ofisi və üçüncü şəxs "Bank Respublika" ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki qaydada İsmayıllı Rayon Məhkəməsinə müraciət ediblər.

Onlar bildiriblər ki, icra və probasiya şöbəsində başladılan icra hərəkəti "İcra haqqında" Qanunun 63.1.3-cü maddəsinə, icra işi Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə ziddir.

Qeyd olunub ki, Məsim Söhbət oğlu Zülfüqarovun mülkiyyətində həmin bankın 45 min manat bazar qiyməti, 36 min manat likvid qiyməti ilə qiymətləndirdiyi və girov saxladığı "DAF 105 XF" markalı 31-BF-771 nömrəli yük avtomobili var.

"Borcun öncəliklə borcalanın əmlakına yönəldilməsi və bunun üçün məhkəmə qərarı lazım idi. Ayrıca notariusun icra qeydi üçün borcun mübahisəsiz olması lazımdır. Amma notarius borcun mübahisəli və mübahisəsiz olub-olmadığını araşdırmadan icra qeydi aparıb", - deyə şikayətdə qeyd olunub.

Məhkəmə borclu və zamin qismində iddiaçıların cavabdehlərə qarşı icra qeydinin ləğvi tələbinə dair şikayətini təmin etməyib.скачать dle 11.3
Mojo.az Banner