Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Rumıniya Rusiya baş konsulunu ölkədən çıxarır: "Arzuolunmaz şəxs" elan edildi

29.05.2026 17:15 501
Rumıniya Rusiya baş konsulunu ölkədən çıxarır:
Rusiyanın Konstansa (Rumıniya) şəhərindəki baş konsulu Rumıniyada "persona non grata" ("arzuolunmaz şəxs") elan edilib.

Median.Az
-ın "Digi24" nəşrinə istinadən xəbərinə görə, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan Milli Müdafiə Ali Şurasının iclasından sonra keçirilən brifinqdə çıxışı zamanı məlumat verib.

"Ötən gecə iki vətəndaşın yaralandığı ciddi bir insident baş verdi və bütün məsuliyyət Rusiyanın üzərindədir. Rusiyanın Konstansadakı baş konsulu "persona non grata" elan edilib və Konstansadakı konsulluq bağlanacaq", - deyə o bildirib.

Xatırladaq ki, mayın 29-na keçən gecə Rumıniyanın Qalats şəhərində binalardan birinin damına PUA düşüb və yanğın baş verib. Səlahiyyətlilər iki nəfərin yaralandığını və təxminən 70 nəfərin təxliyə edildiyini bildiriblər. Rumıniya prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Daha sonra insidentlə əlaqədar Rusiya səfiri Vladimir Lipayev Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.скачать dle 11.3
Mojo.az Banner