Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Koloradoda hantavirusdan bir nəfər öldü

18.05.2026 18:03 735
Koloradoda hantavirusdan bir nəfər öldü
ABŞ-nin Kolorado ştatında bir nəfər hantavirus infeksiyasından vəfat edib. Bu ölüm halının "MV Hondius" kruiz gəmisində yayılan epidemiya ilə heç bir əlaqəsinin olmadığı bildirilir.

Bu barədə ştatın Səhiyyə və Ətraf Mühit Departamenti rəsmi xəbər verib.

Qurumun yaydığı yazılı bəyanatda qeyd olunur ki, faktla bağlı araşdırma aparıır: "Departamentimiz Duqlas qraflığında yaşayan yetkin bir şəxsin hantavirus infeksiyasından ölməsi ilə bağlı təsdiqlənmiş faktı araşdırır. Bu vəziyyət "MV Hondius" kruiz gəmisində qeydə alınan xəstəliklə əlaqədar deyil".

Rəsmilər ABŞ vətəndaşının dəqiq ölüm tarixini açıqlamaqdan çəkiniblər.

Departamentdən o da bildirilib ki, Sin Nombre hantavirusuna yoluxma hallarına Koloradoda əsasən yaz və yay mövsümlərində rast gəlinir və bu, ölümcül nəticələrə səbəb ola bilir. İnfeksiya insanlara daha çox maral siçanları vasitəsilə keçir. Bununla belə, ştat nümayəndələri geniş ictimaiyyət üçün təhlükə riskinin aşağı səviyyədə olduğunu vurğulayırlar. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) hesabatlarına əsasən, 1993-2023-cü illər ərzində Kolorado ərazisində ümumilikdə 121-ə yaxın hantavirusa yoluxma halı aşkarlanıb.

Xatırladaq ki, mayın 11-i axşam saatlarında "MV Hondius" gəmisi Kanar adalarındakı Tenerife şəhərindən Niderland istiqamətində hərəkətə başlayıb. Mayın 12-də Ümumdünya Səhiyyə Təşkilatı həmin gəmidə 11 nəfərdə hantavirus infeksiyası aşkarladığını elan etsə də, sonradan rəqəm 10-a düşüb. Xəstələrdən üçü həyatını itirib, bir nəfər isə Yohannesburqdakı xəstəxanada müalicə alır. İnfeksiyanın kütləvi yayılmasının qarşısını almaq məqsədilə sərnişinlərdən öz otaqlarını tərk etməmələri tələb olunub. Ancaq hantavirusun inkubasiya dövrünün bir neçə həftə davam edə bilməsi yeni yoluxmaların operativ şəkildə müəyyənləşdirilməsini xeyli çətinləşdirir.

Qeyd edək ki, aprel ayında Niderland bayrağı altında hərəkət edən bu gəmi Argentinanın Uşuaya şəhərindən son dayanacağı olan Kanar adalarına doğru yola çıxmışdı. Gəminin göyərtəsində əksəriyyəti Böyük Britaniya, İspaniya, Niderland və ABŞ vətəndaşları olan təxminən 150 nəfər yer alıb.скачать dle 11.3
Mojo.az Banner