Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər

18.05.2026 12:07 579
News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər
"Slovakiya Azərbaycanla qaz tədarükü üzrə ən azı 10 illik müqavilə imzalamaq niyyətindədir".

Median.Az
-ın News.ru-ya istinadən xəbərinə görə, bu barədə Slovakiya baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba Bakıda Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında məlumat verib.

Onun sözlərinə görə, yeganə məsələ enerjidaşıyıcılarının Mərkəzi Avropaya necə çatdırılmasıdır.

"Biz Azərbaycanla uzunmüddətli - ən azı 10 illik müqavilənin imzalanmasını müzakirə edirik. Slovakiya enerji təchizatını şaxələndirmək istəyir və Azərbaycan bizim üçün olduqca etibarlı tərəfdaşdır. Yeganə məsələ enerjidaşıyıcılarının Mərkəzi Avropaya necə çatdırılmasıdır. Yəni söhbət sizin (Azərbaycanın - red.) enerji resurslarınızı əldə etmək istəyib-istəməməyimizlə deyil, onları Mərkəzi Avropaya necə çatdırmaqla bağlıdır", - deyə Taraba qeyd edib.

Nazir bildirib ki, tərəflər hazırda hansı boru kəmərlərindən və hansı həcmdə istifadə edilə biləcəyini müzakirə edirlər.

O, həmçinin bir neçə ay əvvəl Ukraynadakı vəziyyətlə əlaqədar baş verən tədarük böhranı zamanı fəal dəstəyinə görə Bakıya təşəkkür edib. Tomaş Taraba qeyd edib ki, o zaman Azərbaycan Slovakiyaya fasiləsiz təchizatın təminində kömək edib.скачать dle 11.3
Mojo.az Banner