Mojo.az Banner
19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaq ağlayanda valideyn nə etməlidir? - Rusiyalı psixoloq cavabladı

16.05.2026 13:34 636
Uşaq ağlayanda valideyn nə etməlidir? - Rusiyalı psixoloq cavabladı
Çox vaxt uşaqların qışqırması və göz yaşları valideynlərdə ciddi narahatlığa səbəb olur. Lakin mütəxəssislər bildirirlər ki, belə hallarda böyüklər özlərini təqsirkar hiss etməməli və baş verənləri azyaşlının hisslərinin normal ifadəsi kimi qiymətləndirməlidirlər.

Bu barədə "Tibb" şəbəkəsinin psixoterapevti, tibb elmləri namizədi İrina Kraşkina "İzvestiya" nəşrinə açıqlamasında deyib.

Mütəxəssisin sözlərinə görə, valideynlərin yol verdiyi ən böyük səhv uşaq ağlamasını bir əzabın göstəricisi və ya öz bacarıqsızlıqları kimi qəbul etməkdir. Halbuki, azyaşlılar üçün göz yaşı tökmək qorxu və aşırı yorğunluq kimi kəskin hisslərlə başa çıxmağın ən təbii vasitəsidir.

Həkim qeyd edib ki, 4-5 yaşınadək uşaqlarda müşahidə edilən qəzəb tutmaları və ağlamaq psixi inkişafın sağlam tərkib hissəsi sayılır:

"Həmin yaş mərhələsində körpələr öz hisslərini tam nəzarətdə saxlamağı bacarmırlar. Məhz buna görə də böyüklərin əsas vəzifəsi bu emosiyaların qarşısını almaq deyil, əksinə, onların bu mərhələni güvən içində keçmələrinə dəstək olmaqdır".

Psixoterapevt bildirir ki, emosiyaların pik nöqtəsində uşaqlar heç bir izahata və məntiqi arqumentə məhəl qoymurlar. Belə vəziyyətdə valideynlər sadəcə övladlarının yanında olmalı, onlara güvəndə olduqlarını hiss etdirməli və bu şiddətli hisslərin səngiməsini gözləməlidirlər.

Ekspert diqqətə çatdırıb ki, azyaşlının yaşadıqlarını kiçiltmək və ya önəmsizləşdirmək daxili stresi gücləndirir və onda öz emosiyalarına qarşı şübhə yaradır.

"Bu cür hallarda böyüklərin psixoloji durumu mühüm rol oynayır. Əgər valideyn tez qıcıqlanırsa, bu, toplanmış yorğunluqdan, xroniki stresdən və emosional tükənmədən xəbər verir. Belə anlarda ən doğru addım uşaqla birbaşa münaqişəyə girməmək, əvəzində daxili sakitliyi bərpa etmək üçün özünə vaxt ayırmaqdır", - deyə mütəxəssis bildirib.

Sonda həkim böyüklərə qüsursuz valideyn olmaq xülyasından uzaqlaşmağı məsləhət görür. Çünki uşağın formalaşmasına təkcə böyüklərin addımları deyil, həm də onun yaş xüsusiyyətləri, fərdi xarakteri və ətraf mühit faktorları təsir edir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner