Mojo.az Banner
19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu

15.09.2026 16:52 339
Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu
Naxçıvan Muxtar Respublikasında azyaşlı qıza qarşı təcavüz etməkdə təqsirləndirilən tələbə həbs edilib.

Hadisə Naxçıvan şəhərində baş verib. Şəhər ərazisindəki təhsil müəssisələrindən birinin tələbəsi olan 2005-ci il təvəllüdlü Əli Cəbrayılov 2025-ci ildə şəhər ərazisində 2010-cu il təvəllüdlü qızla tanış olub. O, həmin qızla sevgili olmaq qərarı verib. Bir müddətdən sonra o, qızı kirayə yaşadığı evə aparıb və öz razılığı ilə onunla cinsi əlaqədə olub. Həmin gündən sonra qız evlərinə getməyib və Əli Cəbrayılov ilə birlikdə yaşayıb. Bir neçə gündən sonra valideynləri qızın itkin düşməsinə dair polisə məlumat veriblər.

Barəsində polis tərəfindən axtarış elan olunduğunu bilən qız bu barədə oğlana da məlumat verib. Sevgili cütlük Naxçıvanı tərk etmək qərarı verib və onlar Naxçıvan-Bakı reysinə bilet alıblar. Amma onlar uzağa gedə bilməyiblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hər iki şəxs Naxçıvan Hava Limanında saxlanılıb. Polis həmin qızı ailəsinə təhvil verib, tələbə oğlan isə saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi məhkəməyə göndərilib. Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə Ə. Cəbrayılov 1 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner