Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz

15.09.2026 15:27 450
İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz
İnternet bağlantısında baş verən qəfil kəsintilər gündəlik istifadə ilə yanaşı, iş və biznes fəaliyyətinə də ciddi təsir göstərə bilər. Xüsusilə onlayn xidmətlərdən gəlir əldə edən şəxslər üçün internetin müəyyən müddət əlçatmaz olması həm iş prosesinin ləngiməsinə, həm də maliyyə itkisinə gətirib çıxara bilər. Belə hallarda abonentlər xidmətin hansı əsaslarla məhdudlaşdırıla biləcəyini və yaranmış problemin qarşılığında hansı hüquqlara malik olduqlarını bilməlidirlər. Digər tərəfdən, internet provayderlərinin xidmətin dayandırılması ilə bağlı öhdəlikləri və məsuliyyəti də diqqət çəkən məsələlərdəndir. Bu səbəbdən internetdə yaranan fasilələr zamanı istehlakçı hüquqlarının necə qorunduğu məsələsi aktuallığını qoruyur.

Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov Median.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının "Telekommunikasiya haqqında" Qanunvericiliyinə və tənzimləyici normativlərə əsasən, internet provayderi yalnız müstəsna hallarda abonentə əvvəlcədən xəbərdarlıq etmədən xidməti dayandıra bilər:

“Bu hallara magistral xətlərdə baş verən qəfil fiziki qəzalar və fövqəladə hallar (fors-major), abonentin avadanlığından kütləvi DDoS hücumları kimi kibertəhlükəsizlik risklərinin yaranması, xidmətdən qanunsuz məqsədlərlə istifadə edilməsi və dövlət təhlükəsizliyi orqanlarının icrası məcburi olan rəsmi göstərişləri daxildir. Qeyd olunan fors-major və təhlükəsizlik hallarından kənar, xüsusən planlı profilaktik təmir və ya borc xəbərdarlığı olmadan xidmətin qəfil kəsilməsi müqavilə şərtlərinin pozulması hesab olunur. İnternetin əsassız kəsilməsi nəticəsində abonentə maddi və ya biznes zərəri dəyərsə, hüquqların müdafiəsi üçün ilk növbədə fasilə müddəti və yaranan zərər fiksasiya olunaraq provayderə rəsmi pretenziya təqdim edilməlidir”.

O qeyd edib ki, bu mərhələdə istifadə olunmayan günlərin abunə haqqının yenidən hesablanması və ya zərərin ödənilməsi tələb olunur:
“Provayder məsələni həll etmədikdə, abonent xidmət keyfiyyəti standartlarının pozulması ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) şikayət edə bilər. Dəymiş dəqiq maddi zərərin və əldə edilməyən gəlirin (buraxılmış faydanın) təzminatı üçün isə Mülki Məcəllənin müddəalarına əsasən məhkəməyə iddia qaldırmaq hüququ mövcuddur”.

Aysel

Son xəbərlər