Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə

15.09.2026 13:56 435
İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə
İşini itirən şəxslər üçün yeni iş tapana qədər yaranan maddi çətinliklərin aradan qaldırılması əsas sosial məsələlərdən biri olaraq qalır. Xüsusilə gündəlik xərclərin artdığı bir dövrdə gəlir mənbəyindən məhrum olan vətəndaşların müəyyən müddət ərzində dövlət dəstəyi ilə təmin edilməsi onların sosial vəziyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan işsizlikdən sığorta ödənişləri və digər sosial təminat mexanizmləri işsiz qalan şəxslər üçün mühüm dəstək vasitəsi hesab olunur.

Lakin işsiz vətəndaşların sosial müdafiəsi yalnız ödənişlərin məbləği ilə məhdudlaşmır. Yardım almaq üçün müəyyən edilən şərtlər, müraciət prosedurlarının əlçatanlığı, ödənişlərin verilmə müddəti və işsiz şəxslərin yenidən əmək bazarına qayıtmasına yaradılan imkanlar da bu sistemin effektivliyinə birbaşa təsir göstərir. Mövcud mexanizmlərin dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılması və sosial dəstəyin daha çevik formaya salınması məsələsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bəs işsiz qalan vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün hansı addımlar atılmalıdır? İşsizlikdən sığorta ödənişlərinin məbləği və verilmə müddəti yenidən nəzərdən keçirilməlidirmi, sosial müavinətlərə çıxış hansı formada asanlaşdırıla bilər?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Median.Az-a açıqlamasında deyib ki, işsizliyin qeydiyyatı məsələsinə yenidən baxılmalı və bu proses avtomatlaşdırılmalıdır:

“Dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ-da işsizlik göstəriciləri hər həftə açıqlanır. Bu, hər həftə sorğu keçirilməsi demək deyil. Sadəcə, sistem kifayət qədər avtomatlaşdırılıb və işini itirən şəxs avtomatik olaraq işsiz kimi qeydiyyata düşür. Azərbaycanda isə işsiz kimi qeydiyyata düşmək özü müəyyən prosedurlar tələb edir. İnsanlar aidiyyəti qurumlara müraciət etməli, növbə gözləməli və müxtəlif mərhələlərdən keçərək qeydiyyata alınmalıdırlar. Bu baxımdan işsizliklə bağlı qeydiyyat sistemi müasir standartlara uyğunlaşdırılmalı və mümkün qədər elektronlaşdırılmalıdır”.

O qeyd edib ki, ikinci məsələ işsizlik müavinətlərinin verilməsi qaydaları ilə bağlıdır:

“Müavinət altı ay müddətində verilir və daha sonra vətəndaşa iş təklif olunur. Təklif olunan iş isə bəzi hallarda müavinətin dayandırılması üçün əsas hesab edilir. Lakin burada başqa bir problem ortaya çıxır. İşsiz şəxsə təklif olunan iş yerləri heç də hər zaman onun gözləntilərinə və peşə bacarıqlarına uyğun olmur. İşsiz olmaq o demək deyil ki, həmin şəxsin ümumiyyətlə işləmək imkanları yoxdur. Məsələn, universiteti bitirmiş, müəyyən ixtisasa, biliyə və bacarığa malik olan şəxs öz peşəsinə uyğun iş tapa bilmədiyi üçün işsiz qala bilər. Belə vəziyyətdə həmin şəxsə sadəcə “filan yerdə iş var, gedin işləyin” yanaşmasının tətbiq edilməsi düzgün deyil. İş təklif edilərkən vətəndaşın təhsili, ixtisası, peşə bacarıqları, əvvəlki iş təcrübəsi və çalışmaq istədiyi sahə də nəzərə alınmalıdır. Bu baxımdan işsizlik müavinətlərinin verilməsi və işsiz şəxslərin işlə təmin olunması mexanizmlərinə yenidən baxılmasına ehtiyac var”.

Aysel

Son xəbərlər