Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz

15.09.2026 16:04 405
KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz
Avtomobil sahibi olan şəxslər üçün qəza, oğurluq, təbii fəlakət və digər gözlənilməz hallar ciddi maliyyə itkisinə səbəb ola bilər. Belə risklərdən qorunmaq istəyən sürücülərin müraciət etdiyi əsas sığorta növlərindən biri də Kaskodur. Xüsusilə avtomobilin təmiri zamanı ehtiyat hissələrinin və servis xidmətlərinin qiymətinin yüksək olması sığortanın əhəmiyyətini daha da artırır. Avtomobillərin bazar dəyərində, ehtiyat hissələrinin qiymətində və təmir xərclərində baş verən dəyişikliklər Kasko sığortasının tariflərinin də gələcəkdə yenilənib-yenilənməyəcəyi sualını gündəmə gətirir. Sürücüləri maraqlandıran əsas məsələlərdən biri də qəza zamanı sığorta ödənişinin hansı hallarda verilməsi və müqavilədə hansı şərtlərin nəzərə alınmasıdır.

Bəs qarşıdakı dövrdə Kasko sığortasının qiymətlərində artım gözlənilirmi? Sürücülər sığorta şirkəti seçərkən hansı meyarlara üstünlük verməli və müqaviləni imzalamazdan əvvəl hansı şərtlərə xüsusi diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı Median.Az-a danışan sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, KASKO sığortasında qiymətə təsir edən əsas amillər ehtiyat hissələrinin qiyməti və işçilik xərcləridir:
“Bununla yanaşı, sığorta şirkətlərinin tarif siyasəti, aktuar hesablamaları və anderraytinq siyasəti də qiymətin formalaşmasında mühüm rol oynayır. Burada sığorta müqavilələrinin sayı, sığorta hadisələrinin başvermə tezliyi və onların şiddəti kimi amillər nəzərə alınır. Bu səbəbdən müxtəlif avtomobil markaları üçün fərqli tariflər müəyyən edilə bilər. Müştərilər sığorta şirkəti seçərkən ilk növbədə şirkətin etibarlılığına diqqət yetirməlidirlər. Şirkətin etibarlılığını qiymətləndirməyin əsas yollarından biri Mərkəzi Bank tərəfindən aylıq açıqlanan avtomobillərin icbari sığortası üzrə zərərlilik statistikalarını nəzərdən keçirməkdir”.
O qeyd edib ki, sığorta şirkətlərinin illik maliyyə hesabatları, gəlir və xərcləri, eləcə də balans göstəriciləri də təhlil edilməlidir:
“Bu məlumatlar şirkətin maliyyə vəziyyəti və öhdəliklərini yerinə yetirmək imkanları barədə müəyyən təsəvvür yaradır. Ona görə də sığorta şirkəti seçərkən yalnız KASKO polisinin qiymətinə deyil, şirkətin maliyyə göstəricilərinə, zərərlilik statistikasına və ümumi etibarlılığına da diqqət yetirmək lazımdır”.

Aysel

Son xəbərlər