Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var (Yenilənib)

16.04.2026 16:48 786
Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var (Yenilənib)
Şanlıurfanın Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində aprelin 14-də baş verən silahlı hücumla əlaqədar saxlanılan şübhəli şəxslərin sayı 20-yə çatıb.

Bu barədə "TGRT Haber" məlumat yayıb. Valilik tərəfindən məsələ ilə bağlı yayımlanan bəyanatda hücumun hər hansı bir qruplaşma ilə əlaqəsinin aşkar edilmədiyi vurğulanıb. Açıqlamada qeyd olunub ki, hadisənin fərdi zəmində baş verdiyi və onun terror, hansısa qruplaşma xarakterli bağlantısına dair məlumata, sübuta rast gəlinməyib.

Bundan əlavə şəhər mərkəzindəki xəstəxanalarda müalicə alanların vəziyyəti ilə bağlı açıqlama verilib. Bildirilib ki, 9 yaralıdan 8-nin səhhəti yaxşıdır. Bir şagirdin isə vəziyyəti kritik olaraq qalır.

* * * * *

Şanlıurfada və Kahramanmaraşda məktəblərə silahlı hücumlardan sonra rəqəmsal platformalarda törədilən cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılanlar arasında yetkinlik yaşına çatmayan 6 uşaq da var.

Median.Az
"Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, cinayətləri və cinayətkarları təqdir edən, ictimai asayişə mənfi təsir göstərən məzmun və fəaliyyətlərlə bağlı paylaşımlar etdiyi müəyyən olunan 83 şəxs barəsində saxlanılma qərarı verilib və məhkəmə prosesi başlanılıb.

Bundan əlavə, 940 sosial media hesabına giriş bloklanıb, 93 "Telegram" qrupu bağlanılıb.

Qeyd olunur ki, şübhəli şəxslərlə bağlı hüquqi proseslər çoxşaxəli şəkildə həyata keçirilir.

* * * * *

Türkiyənin Şanlıurfa bölgəsində liseyə silahlı hücumla əlaqədar 16 şübhəli şəxs saxlanılıb.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, nəzarətə götürülən şəxslərə qarşı məhkəmə prosesi davam edir.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Dünən isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.
скачать dle 11.3
Mojo.az Banner