Mojo.az Banner
11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |    
Mojo.az Avto
Mojo.az Avto

Pediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş - Klinikada ciddi nöqsanlar aşkarlandı - FOTO

31.03.2026 16:50 684
Pediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş - Klinikada ciddi nöqsanlar aşkarlandı - FOTO
Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Median.Az
"Teleqraf"a istinadla xəbər verir ki, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixtisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub.

Belə ki, D.Qüdrətov ixtisasca pediatrdır, bu sahə üzrə sertifikasiyasından keçsə də, klinikaya müraciət edən xəstələrə qastroenteroloji tibbi xidmət göstərib.



Bundan başqa, yoxlama aparılarkən həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Eyni zamanda lisenziyada əksini tapan ixtisas növləri - terapevtik, qastroenteroloji, nevropatoloji, ginekoloji işlər üzrə təqdim olunan davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilib.

Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı klinikada kliniki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmadığı üzə çıxıb.

Nazirlik tərəfindən "Doktor Davud" klinikası ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, tibb müəssisəsi 6 min manat cərimələnib.скачать dle 11.3
Mojo.az Banner