Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər ağır koronavirusla ağciyər xərçəngi arasında əlaqəni müəyyən etdilər

17.03.2026 12:24 795
Alimlər ağır koronavirusla ağciyər xərçəngi arasında əlaqəni müəyyən etdilər
Ağır keçirilmiş COVID-19 və ya qrip infeksiyalarından illər sonra ağciyər xərçənginin yaranma ehtimalı mövcuddur.

Bu barədə "Science Daily" məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, şiddətli virus infeksiyaları ağciyərlərdəki immun hüceyrələrinin strukturunu dəyişərək xroniki iltihab yarada bilir. Bu vəziyyət isə bədxassəli şişlərin yaranması və inkişafı üçün münbit şərait formalaşdırır. Analizlər nəticəsində məlum olub ki, yüksək risk qrupuna əsasən xəstəxanada (stasionar) müalicə alan şəxslər daxildir.

Virciniya Universitetinin B.B.Karter İmmunologiya Tədqiqat Mərkəzinin həmsədri Ce Sunq qeyd edib ki, şiddətli qrip və ya koronavirus ağciyərlərdə uzunmüddətli iltihab yaradır ki, bu da gələcəkdə xərçəngin formalaşmasına zəmin hazırlayır. Alim həmçinin vurğulayıb ki, peyvəndləmə bu mənfi dəyişikliklərin və potensial xərçəng riskinin qarşısını böyük ölçüdə almağa kömək edir.

Araşdırmalar göstərir ki, koronavirus səbəbindən xəstəxanaya yerləşdirilən şəxslərdə ağciyər xərçəngi riski 1.24 dəfə yüksəlib. Xəstəliyi yüngül keçirənlərdə isə belə bir təhlükə qeydə alınmayıb.

Şişlərin əmələgəlmə mexanizmi laboratoriya siçanları üzərində sınaqdan keçirilib. Alimlər aşkar ediblər ki, ağır infeksiyadan sonra ağciyərləri mühafizə etməli olan immun hüceyrələri (makrofaqlar və neytrofillər) anormal fəaliyyətə başlayaraq daimi iltihab mühitini dəstəkləyirlər.

Virciniya Universitetinin tədqiqatçı həkimi, tibb elmləri doktoru Ceffri Sturek vurğulayıb: "Əldə edilən nəticələr şiddətli respirator virus infeksiyaları keçirmiş xəstələrin gələcək sağlamlıq vəziyyətinin monitorinqi üçün olduqca vacibdir".скачать dle 11.3
Mojo.az Banner