Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video

12.03.2026 11:34 669
Tehranda
İrandakı mövcud vəziyyətlə bağlı Tehrana "qara yağış" lar yağır. Yağışın qara çöküntülərlə müşahidə olunması isə ciddi müzakirələrə səbəb olub.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, ekoloqların sözlərinə görə, şəhərdəki yüksəksəviyyəli çirklənmə nəticəsində yaranan bu yağış tərkibində zəhərli maddələr daşıyır, dəri və tənəffüs yolu xəsətlikləri yaradır, içməli suları zəhərləyir.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud hava şəraiti yaxın günlərdə Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan ərazilərinə doğru hərəkət edəcək.

Bəs Azərbaycan üçün hər hansısa təhlükə varmı?

Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova deyib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır.

Onun sozlərınə görə, mövcud şəraitlə əlaqədar, mütəmadi olaraq ölkə ərazisində aparıcı hava axınları qiymətləndirilir, həmçinin yerüstü hava keyfiyyəti stansiyaları, eyni zamanda, meteoroloji stansiyanın məlumatları təhlil edilir. Təyin olunan çirkləndiriciərdə heç bir dəyişiklik izlənilmir.
скачать dle 11.3
Mojo.az Banner