Naxçıvanda Heydər Əliyev Muzeyinin direktoru vəzifəsindən azad edilib
Median.Az "Report"a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 2007-ci ildən muzeyin direktoru vəzifəsini tutan Ramil Orucəliyev öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb.